Rusiyanın Qara dəniz donanmasının qərargahına ikinci raket hücumunun ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
APA xəbər verir ki, bu xəbərdarlıqla Sevastopol qubernatoru Mixail Razojayev çıxış edib.
O, donanmanın qərargahına ikinci hücumun mümkün ola biləcəyini söyləyib.
Qeyd edək ki, bir qədər əvvəl Ukrayna Silahlı Qüvvələri RF-nin Qara dəniz donanmasının qərargahına raket zərbəsi endirib.
**
Rusiyanın Qara dəniz donanmasının qərargahına raket zərbəsi endirilib.
APA xəbər verir ki, bu barədə Sevastopol qubernatoru Mixail Razvijaeyv bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfinin raket zərbəsi nəticəsində mərmilərdən biri Lunaçarski Teatrının yaxınlığına düşüb.
Qubernator əlavə edib ki, zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.