Azərbaycanın BMT-dəki nümayəndəsi Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə görüşüb

Qoşulmama Hərəkatının sədri statusunda Azərbaycanın BMT-dəki Daimi nümayəndəsi Yaşar Əliyev Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə görüşüb.


Senzor.az xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun 22 sentyabrda BMT-nin Nyu Yorkdakı Baş qərərgahında təşkil etdiyi “Dekolonizasiya: Sakit İnqilab” Konfransının iştirakçıları olan bu şəxslər Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın atdığı addımları və həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər.


Yeni Kaledoniya, Martinika, Fransız Qvianası, Fransız Polineziyası, Qvadelupa müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, həmçinin Melaneziya Təşəbbüs Qrupunun katibi xüsusilə vurğulayıb ki, təmsil etdikləri siyasi partiyalar və hərəkatlar uzun illərdi Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparsalar da, BMT kimi nüfuzlu təşkilatın çərçivəsində ilk dəfədir kolonizasiyaya dair belə konfransda iştirak etdilər. İştirakçılar səslərinin artıq BMT tribunalarında eşidilməsinin onları ruhlandırdığını və bu xüsusda konfransın təşkilatçısı Bakı Təşəbbüs Qrupunun fəaliyətini təqdir etdiklərini bildiriblər.

Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparan Sakit və Atlantik Okeanı regionunda yerləşən dənizaşırı ərazilərin təmsilçiləri rəsmi Parisin müasir metodlarla həyata keçirtdiyi müstəmləkə siyasi, habelə bu ərazilərin etnik tərkibinin süni şəkildə dəyişdirilməsi üçün qeyri-qanuni imiqrasiya siyasəti yürütdüyünü, əhalinin etnik tərkibinin süni dəyişdirilməsi üçün bir çox ölkədən, xüsusilə Suriyadan insanların buraya köçürüldüyünü diqqətə çatdırıblar.


Görüşdə həmçinin BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin (C24) fəaliyyəti, dənizaşırı ərazilərlə komitə arasında əməkdaşlığın qurulması imkanları ətrafında fikir mübadiləsi aparılıb, C24-ün mütəmadı təşkil etdiyi regional tədbirlərdə Fransanın yürütdüyü müstəmləkəçilik siyasətinə diqqətin artırılması, dənizaşırı ərazilərin problemlərinin dünya ictimaiyyətinə çatdırılması üçün mümkün bütün platformalardan istifadənin zəruriliyi qeyd olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.