Bu gün Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Yerli KİV-in verdiyi xəbərə görə, iclasa ölkə başçısı Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.
İclas çərçivəsində iqtisadi, daxili və xarici siyasətə dair məsələlər, həmçinin, R. T. Ərdoğanın BMT Baş Assambleyasında iştirakı və Naxçıvan səfərinin müzakirə edilməsi gözlənilir.