"Ukrayna hər zaman Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib. Ötən həftə baş verən hərbi əməliyyatlar da Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etdiyini təsdiqləyir".
Bunu "Report"a Ukrayna Prezidenti Volodimir Zelenskinin xüsusi nümayəndəsi, Ali Radanın deputatı Fedor Venislavski Azərbaycan Ordusunun ötən həftə Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Azərbaycanın bütün ərazisində suverenliyini bərpa etməsi çox böyük uğurdur: “Biz Azərbaycanın bu addımlarını alqışlayırıq. Təəssüf ki, bu zaman insanlar ölüblər. Əgər postsovet məkanının hər yerində gərginliklər yaradan Rusiya olmasaydı, itkilər olmazdı. Hər halda, Azərbaycanın bütün ərazisində suverenliyini bərpa etməsi çox böyük uğurdur. Azərbaycan beynəlxalq hüquq normalarını özü həyata keçirib. Hesab edirəm ki, bu, yaxşı presedentdir".