Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
**15:49
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Azərbaycana gəlib.
Bu barədə USAID-in Bakı ofisindən məlumat verilib.
Səfər zamanı rəsmi görüşlərin keçirilməsi, eləcə də Qarabağ bölgəsindəki vəziyyətin müzakirəsi gözlənilir.
Qeyd edək ki, bundan əvvəl Samanta Pauer Ermənistanda səfərdə olub.