Naxçıvan şəhərində Azərbaycan və Türkiyənin energetika sahəsində ikitərəfli görüş keçirilib.
Yerli KİV xəbər verir ki, Azərbaycan-Türkiyə III Enerji Forumu çərçivəsində keçirilən ikitərəfli görüş energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilib.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq və onun inkişafına dair məsələr müzakirə olunub.
Bununla yanaşı, nazirlərin iştirakı ilə Azərbaycan-Türkiyə Enerji Forumunun İşçi Qruplarının hesabatı dinlənilib və müzakirə edilib.