Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Anqlikan Kilsəsinin dini rəhbəri, Kenterberi Arxiyepiskopu Castin Velbini qəbul edib.
Senzor.az bildirir ki, qonağı salamlayan dövlətimizin başçısı onun səfərinin əhəmiyyətinə toxunub.
Anqlikan Kilsəsinin dini rəhbəri, Kenterberi Arxiyepiskopu Castin Velbi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Qonaq Azərbaycanın multikulturalizm və konfessiyalararası dialoqda rolunu qeyd edib, Vatikanla Azərbaycan arasındakı əlaqələrə toxunub, Vatikanda katakombaların bərpası işinə ölkəmizin töhfəsini yüksək qiymətləndirib.
Dövlətimizin başçısı müstəqilliyimizin ilk illərində ölkəmizin üzləşdiyi çətinliklərə toxunaraq, həmin dövrdə ərazimizin 20 faizinin işğal edilməsi, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi, iqtisadi-siyasi böhranın hökm sürməsi, iqtisadi sahədə tənəzzülün və daxili qeyri-sabitliyin yaşanmasından danışıb.
Azərbaycanın sülh müqaviləsi ilə bağlı təşəbbüslə çıxış etdiyini bir daha vurğulayan Prezident İlham Əliyev sülh gündəliyinin irəli aparılması üçün regionda tarixi imkanların və fürsətlərin yarandığını bildirib, hazırda ölkəmizin bu istiqamətdə göstərdiyi səylərə toxunub.
Azərbaycan Prezidenti antiterror tədbirləri dayandırıldıqdan sonra mərkəzi hökumət tərəfindən Qarabağ bölgəsində yaşayan erməni əhalisinə genişmiqyaslı humanitar yardımlar edildiyini vurğulayıb, miqrasiya, sosial müdafiə və səhiyyə sahələri ilə bağlı əhaliyə yerində xidmətlər göstərildiyini diqqətə çatdırıb.
Dövlətimizin başçısı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qarabağın erməni sakinlərinin hüquqlarının və təhlükəsizliyinin təmin olunması ilə bağlı geniş ictimaiyyətə, həmçinin ermənilərə ünvanlanmış bəyanat verdiyini vurğulayıb.
Prezident İlham Əliyev Qranadada keçiriləcək qarşıdan gələn görüşün regionda sülh gündəliyinin inkişafına təkan verəcəyinə ümidvarlığını ifadə edib.
Qonaq bu cür postmünaqişə şəraitində etimad quruculuğu və etnik barışığın vacib olduğunu deyərək, bununla bağlı öz təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.
Söhbət zamanı etnik barışığın və vətəndaş cəmiyyəti təşkilatlarının rolu qeyd edilib.
**16:32
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Anqlikan Kilsəsinin dini rəhbəri, Kenterberi Arxiyepiskopu Castin Velbini qəbul edib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.