Azərbaycan səfiri Belçikaya təşəkkür etdi

Azərbaycanın Belçikadakı səfiri və Avropa İttifaqındakı Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov Belçika Xarici İşlər Nazirliyinə və polisə təşəkkür edib.

 

Senzor.az bildirir ki, səfir bu barədə “X” şəbəkəsindəki paylaşımında yazıb. 

 

“Oktyabrın 1-də erməni ekstremistlərinin Azərbaycan səfirliyinə qarşı mümkün zorakılığının qarşısının alınması üçün lazımi ehtiyat tədbirlərinin görülməsinə görə, Belçika Xarici İşlər Nazirliyinə və Brüsselin Montqomeri Polis Departamentinə minnətdarlığımızı bildiririk. Çox sağ olun!” - paylaşımda bildirilib.

 

Xatırladaq ki, diplomat oktyabrın 1-i saat 14:00-da Belçikada fəaliyyət göstərən ekstremist erməni diaspor təşkilatlarının Fransadan gələn analoji radikal dəstələrlə birlikdə Brüsselin Rond-Point Şuman meydanında mitinq təşkil edəcəyi haqqında xəbərdarlıq etmişdi.

 

Səfir mitinqdən sonra ekstremist dəstələrin Azərbaycan səfirliyinə qarşı zorakılıq tətbiq etməyi planlaşdırdıqlarını bildirmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.