Araik Arutyunyanın Azərbaycanda hüquqlarını Alov Səfərəliyev qoruyacaq

Qarabağda erməni separatçıların yaratdığı qondarma rejimin keçmiş “rəhbəri”, ötən gün həbs edilən Araik Arutyunyanın hüquqlarını müdafiə edəcək vəkilin kimliyi məlum olub.


“Qafqazinfo” xəbər verir ki, bu, vəkil Alov Səfərəliyevdir. O, sosial şəbəkə səhifəsində bildirib ki, Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak edib.


Vəkilin sözlərinə görə, A.Arutyunyanın səhhəti və psixoloji durumu yerindədir: “Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq.


Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracağıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik”.


Qeyd edək ki, A.Səfərəliyev özü də 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.