Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov İsrailin bu ölkəyə yeni təyin olunmuş səfiri Yosi Levi-Sfarini Qarabağdakı mövcud vəziyyət barədə məlumatlandırıb.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan səfiri öz “X” hesabında paylaşım edib.
“İsrailin yeni təyin olunmuş səfiri Yosi Levi-Sfarini Bolqarıstanda qəbul etmək çox xoş idi. Görüş çərçivəsində Qara dəniz və Xəzər regionunda baş verən cari hadisələr, Azərbaycanın Qarabağ regionundakı mövcud vəziyyət barədə fikir mübadiləsi aparıldı, həmçinin dostluq münasibətlərinin aktuallığı və əhəmiyyəti təsdiqləndi”,- paylaşımda qeyd olunub.