TDT ədliyyə nazirləri Ankarada bir araya gəlib
Notariat Birliyinin sənədi imzalanacaq

Ankarada Türkiyənin Ədliyyə Nazirliyində Türk Dövlətləri Təşkilatının (TDT) ədliyyə nazirlərinin görüşü keçirilib.


“Hürriyət” xəbər verir ki, görüşdə Türk Dünyası Notariat Birliyinin yaradılması məsələsi müzakirə olunub. Bundan başqa, TDT daxilindəki ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparılıb.


Türkiyənin ədliyyə naziri Yılmaz Tunç mətbuata açıqlamasında nazirlərin bu gün Türk Dünyası Notariat Birliyinin qurulması ilə bağlı sənəd imzalayacaqlarını bildirib.


O, həmçinin söyləyib ki, toplantıda qarşılıqlı əməkdaşlıqlar haqqında da danışılıb.


Görüşdə Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədov təmsil edib.


Qeyd edək ki, dünən Türkiyənin Ədliyyə Nazirliyindən verilən açıqlamada Türk Dünyasının Notariat Birliyinin notariat işlərini daha da sürətləndirəcəyi bildirilmişdi.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.