Türkiyənin İstanbul və Ankara şəhərlərində FETÖ üzvlərinə qarşı əməliyyatlar davam etdirilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X hesabında paylaşım edib.
“Əməliyyatlar çərçivəsində 9 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onların arasında FETÖ-dən xaric edilən polis rəisi, 1 vəkil və 5 polis əməkdaşı var”, - nazir bildirib.