“Türkiyə olaraq tərəfləri bu səhər İsraildə baş verən hadisələr fonunda təmkinli davranmağa və gərginliyi artıracaq impulsiv addımlardan uzaq durmağa çağırırıq”.
Yerli KİV-in verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, ölkəsinin prioriteti Yaxın Şərqdən Qafqaza, Balkanlardan Qara dənizə qədər bölgədə qan tökülməsini dayandırmaqdır.