"Ermənistan-Azərbaycan sərhədində heç bir gərginlik yoxdur".
Senzor.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.
"Mənə hər gün sərhəddəki vəziyyət barədə məlumat verilir. Hazırda Ermənistan-Azərbaycan sərhədində heç bir gərginlik və ya qoşunların cəmləşməsi yoxdur", - Paşinyan bildirib.