ABŞ Prezidenti Co Baydenin dünənki bəyanatı ilə razılaşmayan HƏMAS hərəkatı, onun sözlərini gərginliyin daha da güclənməsinə və Fələstin xalqının əleyhinə yönəldilmiş təhrik adlandırıb.
BBC telekanalı xəbər verir ki, bəyanatda HƏMAS silahlılarının hücumunun Fələstin xalqının və İsrail həbsaxanalrındakı dustaqların, Yerusəlimdəki Əl-Əqsa məscidinin müdafiəsi, habelə İsrail təcavüzünün, blokadasının və işğalının dayandırılması üçün başlandığı vurğulanır.
Fələstin-İsrail münaqişəsində ABŞ-ı ikili standartlar siyasətində günahlandıran HƏMAS təmsilçiləri Ağ Evi öz mövqeyini dəyişməyə çağırıblar.
Qeyd edək ki, bir gün əvvəl Co Bayden İsraili dəstəklədiyini və HƏMAS yaraqlılarının Fələstin xalqını müdafiə emədiyini, sadəcə ondan canlı qalxan kimi yararlandığını bildirib.