Futbol üzrə Azərbaycan milli komandası “Avro-2024”ün seçmə mərhələsində növbəti oyununu keçirib.
Senzor.az bildirir ki, yığmamız F qrupundakı beşinci matçında Estoniya seçməsinin qonağı olub. Tallindəki “Le Kok Arena”da oynanılan qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edib.
Görüş Azərbaycan millisinin inamlı qələbəsi ilə başa çatıb - 2:0. Hesabı 9-cu dəqiqədə Toral Bayramov açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Ramil Şeydayev penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 4-də yüksəldən Azərbaycan yığması dördüncü pillədə qərarlaşıb. Bir xalı olan Estoniya millisi isə sonuncudur.
Komandaların Bakıdakı ilk görüşündə qalib müəyyənləşməmişdi – 1:1.
Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda Avstriya komandasını qəbul edəcək.
**10:48
Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində VII tur oyununa çıxacaq.
Senzor.az bildirir ki, yığmamız Estoniyanın qonağı olacaq.
Tallində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, bu komandaların Bakıdakı oyununda qalib müəyyənləşməyib. Hazırda kollektivlərin hərəsinin bir xalı var. Azərbaycan qrupda dördüncü, Estoniya beşincidir.
Qrupun digər oyununda Avstriya Belçikanı qəbul edəcək. Bu oyun saat 22:45-də başlayacaq.