Fələstinin Azərbaycandakı səfiri son hadisələrlə bağlı bəyanat yayıb

Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim son hadisələrlə bağlı bəyanat yayıb.


Fələstin səfirliyindən Senzor.az-a daxil olan bəyanatında səfir bildirib ki, son günlər Fələstindən dəhşətli görüntülər işıq surəti ilə yayılır.


“Ürək parçalayan görüntüləri tanış hislərlə dəhşət içində izləyirəm, lakin indi ilk dəfə idi ki, bu ölçüyəgəlməz kəskin ağrı hər iki tərəfdə paylaşılırdı. Biz kim tərəfindən olursa-olsun, sivil insanların hədəf alınmasına qarşıyıq və hər yerdə həyatlarını itirən günahsız insanların yasını tuturuq və bilirik ki, on illərdir günahsız fələstinlilərin həyatları riskə məruz qalıb və bu həyatlar da hər kəsin həyatı kimi dəyərlidir”, - diplomat bildirib.


Səfir qeyd edib ki, əhalinin məskunlaşdığı ərazilərdə hər nöqtəni hədəfə alan intensiv, ardıcıl bombardman, ətraf yaşayış yerlərinin yox edilməsi, insanların on yeddi ildir qəfəsdə saxlanıldığı dünyanın ən böyük açıq hava həbsxanası, dünyada özlərini beynəlxalq hüququn müdafiəçiləri olduqlarını iddia edən beynəlxalq arenadakı bəzi güclərdən kart-blanş aldıqdan sonra himayədarlarının xeyir-duası ilə nüvə dövləti olan İsrail tərəfindən həyata keçirilən kollektiv cəzalandırma beynəlxalq hüquqa əsasən müharibə cinayətidir.


Münaqişənin tarixinə toxunan Nasir Əbdül Kərim bəyanatında vurğulayıb ki, 1967-ci ildən İsrail aparteid rejimi bütün amansız üsullarından istifadə edərək insanlıq tarixində ən uzunmüddətli hərbi işğalın icraçısıdır.


“BMT-nin yüzlərlə qətnaməsinə və Beynəlxalq Humanitar Hüquqa zidd olan İsrailin amansız cinayətlərinə qarşı biz dünya güclərindən eyni hiddəti və canfəşanlığı görmədik. Əksinə, onlar İsrailin amansız müstəmləkəçi aparteid sistemini bütün siyasi, diplomatik və hərbi örtüklərlə bu qeyri-insani situasiyanı tamamilə siyasi cəzasızlıqla həyata keçirmək üçün lazım olan alətlərlə maliyyələşdirir. İroniya ondadır ki, həmin bu eyni güclər yalnız sözdə iki dövlət haqqındakı qətnaməni dəstəkləyir, amma BMT və planetin 2/3-nin əksinə işğal edilmiş Fələstin Dövlətini tanımaqdan imtina edirlər. Bu, can verən sülh prosesinə stimul verən simvolik və substantiv jestdir. Sülh yolu ilə həllə sadiqliyi ilə tanınan Fələstin rəhbərliyi artıq illərdir, hər hansı siyasi üfüqün yoxluğunda status-kvonun dayanıqlı olmaması barədə xəbərdarlıq edir. Çünki ədalətli sülhə nail olmaq üçün bütün yollar İsrail tərəfindən bloklanır. Bu, çoxillik münaqişənin davamını və onun yol açacağı qaçılmaz şiddət partlayışlarını öz ardından gətirəcək. BMT-nin müvafiq qətnamələrini yerinə yetirmək və məsuliyyətə cəlb edilməklə Fələstinin İsrail tərəfindən bitmək bilməyən işğalına və aparteid rejiminə son qoyaraq davam edən faciəvi situasiyanın qarşısını almaq və minlərlə insanların həyatlarını xilas etmək olardı. Həyatı heç də israillilərdən az dəyərli olmayan Fələstin xalqı paytaxtı Şərqi Qüds olan öz müstəqil dövlətlərində qürurla və bütün xalqlarla sülh içində yaşamağa layiqdir və buna bütün hüquqları var. Sülhün əsl ünvanı geosiyasi dolanbaclar yox, Fələstindir”, - səfir bəyanatında vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.