Türkiyənin Qəzzaya humanitar yardım daşıyan üçüncü təyyarəsi Ankaradan Misirə doğru yola çıxıb.
Yerli KİV xəbər verir ki, hərbi təyyarə ilə göndərilən yardımlar arasında dərman, tibbi ləvazimatlar, konservlər, yataq dəstləri, uşaq bezləri kimi gündəlik tələbat malları var. Humanitar yükün Rəfah qapısından keçirilərək Qəzza sektoruna çatdırılması nəzərdə tutulur.
Türkiyədən Qəzzaya yardım aparan ilk iki təyyarə dünən Misir aeroportuna enib.
Qeyd edək ki, İsrail və Fələstin arasında münaqişənin kəskinləşdiyi andan etibarən Türkiyə problemin diplomatik yollarla həlli istiqamətində çoxşaxəli səylərini davam etdirir.