Türkiyə fələstinlilərin Qəzza zolağından Misirə köçə məcbur edilməsinə qarşıdır.
Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Qahirədə misirli həmkarı Semih Şükri ilə birgə mətbuat konfransında bildirib.
Türkiyəli nazir, eskalasiyanın mümkün genişlənməsindən narahatlığını ifadə edib.
Hakan Fidan, İsrail-Fələstin münaqişəsinin "iki dövlətli həll yolu"nu dəstəklədiklərini vurğulayıb və əlavə edib ki, bu əsasda sülh danışıqları başlamalıdır.
O, Türkiyənin Qəzzaya yardım göndərməyə davam edəcəyini bildirib.(APA)