Qəzza zolağında ikili vətəndaşlığı olan 300-ə yaxın Türkiyə vətəndaşımız var.
Senzor.az bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan misirli həmkarı Semih Şükri ilə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.
"Biz təxliyə ilə bağlı Misir hakimiyyəti və İsrail hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edirik. İkili vətəndaşlığı olan 300-ə yaxın Türkiyə vətəndaşımız var. Onlardan 30-u təxliyə edilib. Onların siyahısı müvafiq orqanlara verilib. Lazımi işlər həyata keçirilir", - deyə nazir bildirib.