"Hizbullah" İsrail ordusunun Livan sərhədindəki bazasını ələ keçirib.
Senzor.az bildirir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.
Məlumata görə, tank əleyhinə raket vasitəsilə İsrail ordusuna məxsus “Merkava Mk.IV” tankı sıradan çıxarılıb. Məhz bundan sonra "Hizbullah" döyüşçüləri bazanı nəzarətə götürə biliblər.
Hazırda bazanın üzərində "Hizbullah" bayrağının dalğalandığı iddia edilir.