Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.
Senzor.az bildirir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda Avstriya seçməsini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 48-ci dəqiqədə rəqibin heyətində Marsel Sabitzer penaltidən vurub.
Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Avstriya final mərhələsinə vəsiqəni təmin edib. Azərbaycan yığması isə 6 matçdan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb.