
Qəzzada xəstəxanaya edilən raket hücumu nəticəsində ölənlərin sayı 800-ü keçib.
Bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.
Fələstin Səhiyyə Nazirliyi isə ölənlərin sayını müəyyən etməyin mümkün olmadığını, dağıntılar altında çoxlu sayda insanın qaldığını, əksəriyyətin yanıb kül olduğunu bildirib. ![]()
Qeyd edək ki, İsrail ordusu xəstəxanaya raket zərbəsi endirməsi barədə məlumatı təkzib edib. İddia edib ki, bu, “İslami-Cihad”ın atdığı uğursuz raketin nəticəsidir.