“Hizbullah” bu çərşənbəni İsrailə qarşı “qəzəb günü” elan edib

Livanın “Hizbullah” hərəkatı çərşənbə gününü İsrailə qarşı “qəzəb günü” elan edib.

 

Bu barədə i24news məlumat yayıb.

 

“Hizbullah” bildirib ki, çərşənbə günü Qəzza zolağında xəstəxanaya hücuma görə İsrailə qarşı “qəzəb günü” olacaq. Hərəkat ərəb və müsəlman ölkələrinin vətəndaşlarını küçələrə çıxmağa və etiraz aksiyaları təşkil etməyə çağırıb.

 

Qeyd edək ki, dünən Qəzza zolağında “Əl-Əhli Əl-Maadani” xəstəxanasına hava zərbəsi endirilib. Fələstin Səhiyyə Nazirliyi hücumda əksəriyyəti qadın və uşaq olmaqla ən azı 800 nəfərin öldüyünü, 500 mülki şəxsin isə yaralandığını bildirib. 

 

Fələstin Prezidenti Mahmud Abbas həlak olanlar üçün üç günlük matəm elan edib. HƏMAS hökuməti Qəzza zolağındakı hücumu “müharibə cinayəti” adlandırıb.

 

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS hərəkatı İsrail ərazisini Qəzza zolağından kütləvi raket atəşinə məruz qoyub, həmçinin ölkənin cənubundakı sərhəd bölgələrini işğal edib. Elə həmin gün İsrail Qəzza zolağındakı hədəflərə cavab zərbələri endirməyə başlayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.