Şeyx “İmam Qarafi” mükafatına layiq görüldü - YENİLƏNİB

2023-cü ilin 18 oktyabr tarixində Misir Ərəb Respublikasında (MƏR) işgüzar səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya Fətva Evləri Qurumları Baş katibliyinin MƏR Prezidenti Əbdülfəttah Əl-Sisinin himayəsi altında keçirilən “Fətva və üçüncü minilliyin çağırışları” mövzusunda konfransında iştirak edib.


QMİ-dən Senzor.az-a bildirilib ki, tədbirdə Misirin Baş müftisi Şövqi Əllam, Vəqflər naziri Məhəmməd Muxtar Cuma, Əl-Əzhər Şeyxinin müavini və xüsusi nümayəndəsi Məhəmməd Əl-Duveyni, Livanın müfisi Əbdüllətif Dəryan, Birləşmiş Ərəb Əmirlikləri Fətva evinin Baş katibi Ömər Əl-Darai, Əlcəzairin Dini işlər və vəqflər naziri Yusif Bilməhdi, Fələstin Prezidentinin dini işlər üzrə müşaviri – qazilqüzat Mahmud Əl-Həbbaş, Qazaxıstan Müsəlmanları ruhani idarəsinin sədri - müfti Nauruzbay Taqanulı, Özbəkistan müsəlmanları idarəsinin sədri - müfti Nuriddin Xoliknazarov, 50-yə yaxın ölkənin dövlət, din və ictimaiyyət xadimləri, MƏR-dəki müsəlman ölkələrinin səfirləri işirak ediblər.


BMT Sivilizasiyalar Alyansının Xüsusi nümayəndəsi Miqel Moratinosun və Avropa İttifaqının İslamofobiyaya qarşı mübarizə üzrə koodinatoru x-m Məryun Ləlisin videomüraciətləri dinlənilib.


Misirin Baş müftisi Şövqi Əllam, Dünya Fətva Evləri Qurumları Baş katibliyinin bu Konfransında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin təşkilatın ali fərqlənmə – “İmam Qarafi” mükafatına layiq görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bu, ümumən sayca Dünya Fətva Evləri Qurumları Baş katibliyinin 3-cü belə təqdimatıdır.


Öz çıxışında Şeyxülislam A.Paşazadə Azərbaycan xalqının və dövlət başçısı İlham Əliyevin salamlarını toplantı iştirakçılarına yetirərək bu mükafata görə öz təşəkkürlərini ifadə edib. O, həmçinin Fələstin ilə İsrail arasında yaranmış qarşıdurmada minlərlə dinc mülki əhalinin qətlə yetirilməsi ilə əlaqədar dərin narahatlıq ifadə edərək, silahların tezliklə susdurulmasına və münaqişənin beynəlxalq hüquq və BMT qətnamələri çərçivəsində həllinə çağırıb.


QMİ sədri Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra işğaldan azad edilmiş bölgələrimizdə aparılan bərpa və yenidənqurma işləri barədə tədbir iştirakçılarına məlumat verib. O, işğaldan azad olunmuş ərazilərimizdə minalardan təmizləmə işlərinin hələ də davam etdirildiyini, mənsubiyyətindən asılı olmayaraq dağıdılmış və vandalizmə məruz qalmış məscid və digər məbədlərin bərpa olunduğunu və yenilərinin inşa edildiyini bildirib.


Birləşmiş Ərəb Əmirlikləri Fətva evinin Baş katibi Ömər Əl-Darai öz çıxışında Şeyxülislamı bu mükafat münasibətilə təbrik edərək, ona BƏƏ Fətva Şurası sədri və Abu-Dabi Sülh fondunun prezidenti Şeyx Abdallah bin Beyyahın şəxsi salamlarını çatdırıb və onun cari ilin noyabrında Abu-Dabidə keçiriləcək sülh fondunun 10-cu yubiley tədbirlərində iştirak edəcəyinə ümidvar olduğunu bildirib.


Eyni tarixdə Şeyxülislam A.Paşazadənin konfrans çərçivəsində MƏR Vəqflər naziri Məhəmməd Muxtar Cuma və Əlcəzairin Dini işlər və vəqflər naziri Yusif Bilməhdi ilə söhbəti baş tutub. Əlcəzairli nazir Azərbaycanın Prezidenti İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfərini yüksək qiymətləndirərək bunun tarixi hadisə və ikitərəfli əlaqələrin inkişafında müstəsna əhəmiyyət kəsb edən amil olduğunu vurğulayıb. M.M Cuma, Azərbaycanın öz suverenliyini tam bərpa etməsi münasibətilə səmimi təbriklərinin Azərbaycanın dövlət başçısına çatdırılmasını rica edib.


Tədbir çərçivəsində MƏR Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şeyx Əli Cuma ilə görüş keçirilib. Misir parlamentinin nümayəndəsi bu yaxınlarda Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarovanın MƏR-ə səfərinin nəticələrini məmnunluqla qeyd edərək yaxın zamanda Azərbaycanı ziyarət edəcəyini bildirib. O, ölkəsinin daim Azərbaycanı dəstəklədiyini ifadə edib və hazırda birgə layihələrin həyata keçirilməsi ilə məşğul olduqları barədə məlumat verib. Ə.Cuma onun salamlarının və ölkəmizin suverenliyinin tam bərpası münasibətilə təbriklərini Azərbaycanın dövlət başçısına çatdırılmasını xahiş edib. Öz növbəsində, Şeyxülislam erməni təbliğatının, xüsusilə də erməni kilsəsinin anti-Azərbaycan kampaniyaları apardığı barədə həmsöhbətinə məlumat verib. Cənab Ə.Cuma bununla əlaqədar qeyd edib ki, bu kimi təxribatçı fəaliyyətlər bizim dost münasibətlərimizə xələl gətirə bilməz.


Həmin gün QMİ sədrinin Misirin Baş müftisi Şövqi Əllam ilə də görüşü baş tutub. Ş.Əllam bir daha Şeyxülislamı ali mükafatın təqdim olunması münasibətilə təbrik edib. Şeyxülislam bu mükafatın Azərbaycan dövlətinə və xalqına olan dost münasibətin təzahürü kimi dəyərləndirdiyini qeyd edib.


Daha sonra Şeyxülislamın Misir Qipti kilsəsi rəhbərinin müavini yepiskop İrmia ilə görüşü baş tutub. QMİ sədri 44 günlük Vətən müharibəsindən və son antiterror əməliyyatından sonra erməni diasporasının və erməni kilsəsi tərəfindən anti-Azərbaycan təbliğatının artdığının müşahidə olunduğunu və erməni katolikosu II Qareginin Dünya kilsələr şurasına və ümumən xristian dini liderlərinə yalan və böhtan xarakterli məlumatlar göndərdiyindən xəbərdar olduğunu həmsöhbətinin diqqətinə çatdırıb. O, erməni təcavüzünün ağır nəticələri, işğal olunmuş ərazilərimizdə törədilmiş vandalizm aktları, məscidlərimizin tam əksəriyyətinin dağıdılması, onların həqarətə məruz qalması və orada İslamda haram sayılan heyvanların saxladıldığını, eyni zamanda xristian məbədlərinin də dağıdılması və mənsubiyyətinin dəyişdirilməsi faktları, habelə bölgəmizdə hazırda cərəyan edən proseslər barədə yepiskop İrmiaya məlumat verib. Şeyxülislam xüsusi olaraq qeyd edib ki, beynəlxalq müşahidəçilərin də təsdiq etdiyi kimi, Qarabağ bölgəsində mülki əhaliyə qarşı heç bir təzyiq göstərilməyib və onlar bu ərazini könüllü olaraq tərk ediblər.


Şeyxülislam A.Paşazadənin, həmçinin Misir parlamenti spikerinin sabiq I müavini, hazırda “Nəqibul Əşraf” - Şəriflər cəmiyyətinin rəhbəri Seyyid Mahmud Əl-Şərif ilə görüşü keçirilib. Cənab Şərif Şeyxülislama təqdim olunan mükafatın “hamımıza” verilən dəyər kimi qiymətləndirib. O, öz çıxışlarında həmişə Azərbaycanı dəstəklədiyini bildirərək, onun salamlarının və qələbə münasibətilə təbriklərinin Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya çatdırılmasını xahiş edib. Əl-Şərif Azərbaycana səfəri zamanı dövlət başçımız tərəfindən qəbul edildiyini və təltif olunduğunu xüsusi minnətdarlıqla qeyd edib.


Fətva Evləri Qurumları Baş katibliyinin “Fətva və üçüncü minilliyin çağırışları” Konfransında və ikitərəfli görüşlərdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov da iştirak edib.

**18:43

"Erməni katolikosu II Qaregin Dünya Kilsələr Şurasına və ümumən xristian dini liderlərinə yalan və böhtan xarakterli məlumatlar göndərib".


Senzor.az xəbər verir ki, bunu Misirdə işgüzar səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 19-da bu ölkənin Qipti kilsəsi rəhbərinin müavini yepiskop İrmia ilə görüşdə deyib.


QMİ sədri 44 günlük Vətən müharibəsindən və son antiterror əməliyyatından sonra erməni diasporu və erməni kilsəsi tərəfindən anti-Azərbaycan təbliğatının artdığının müşahidə olunduğunu və erməni katolikosu II Qareginin Dünya Kilsələr Şurasına və ümumən xristian dini liderlərinə yalan və böhtan xarakterli məlumatlar göndərdiyindən xəbərdar olduğunu həmsöhbətinin diqqətinə çatdırıb.


O, erməni təcavüzünün ağır nəticələri, 30 il erməni işğal altında olunmuş ərazilərimizdə törədilən vandalizm aktları, məscidlərimizin tam əksəriyyətinin dağıdılması, onların həqarətə məruz qalması və orada İslamda haram sayılan heyvanların saxladıldığını, eyni zamanda xristian məbədlərinin də dağıdılması və mənsubiyyətinin dəyişdirilməsi faktları, habelə bölgəmizdə hazırda cərəyan edən proseslər barədə yepiskop İrmiaya məlumat verib.


Şeyxülislam xüsusi olaraq qeyd edib ki, beynəlxalq müşahidəçilərin də təsdiq etdiyi kimi, Qarabağ bölgəsində mülki əhaliyə qarşı heç-bir təzyiq göstərilməmişdir və onlar bu ərazini könüllü olaraq tərk ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.