Hərbçilər hazır olan kimi İsrail ordusu Qəzza zolağına daxil olacaq.
Bu barədə ABC telekanalına ölkənin Milli Təhlükəsizlik Şurasının üzvü olan İsrailin iqtisadiyyat və sənaye naziri Nir Barkat məlumat verib.
“İsrail hökuməti qərar qəbul edib və orduya yaşıl işıq yandırıb”,- deyən nazir silahlı qüvvələrin hazır olduqları zaman bunu edəcəklərini bildirib.
O, hərbi planların təfərrüatlarını açıqlamayıb.