Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə telefon danışığında Qəzza böhranının həllini müzakirə edib. O, İsrail və Fələstin arasında gərginləşən münaqişə, eləcə də ibadətgahların, xəstəxanaların, sosial və humanitar infrastrukturun bombalanması fonunda Qərbin susqunluğunu pisləyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.
Ərdoğan Misir dövlət başçısına bildirib ki, Türkiyə sülhün təmin edilməsi, humanitar və tibbi yardımların sürətlə çatdırılması üçün səylərini davam etdirəcək.