Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, İsrail və Fələstin arasındakı münaqişə və regiondakı humanitar böhran da müzakirə edilib.
"Prezident Ərdoğan regiondakı münaqişələrin, xüsusən də İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinin mümkün olduğunu və Türkiyənin buna nail olmaq üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib", məlumatda deyilir.