Azərbaycanla Qazaxıstan arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişafı müzakirə edilib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstan Prezidentinin müşaviri Kanat Bozumbayev ilə görüşündə ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi və nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıb.


Senzor.az-ın məlumatına görə, görüşdə vurğulanıb ki, hər iki ölkənin dövlət başçıları qarşılıqlı hörmət prinsiplərinə əsaslanan əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafına xüsusi önəm verir.


İkitərəfli iqtisadi əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlər, imzalanmış sənədlər, keçirilən tədbirlər mühüm rol oynayır. Bununla yanaşı, ölkələrimiz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq edir.


Azərbaycan-Qazaxıstan iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi xüsusilə önəm kəsb edir. İnvestisiya mühüm əməkdaşlıq istiqamətləri sırasında yer alır. Azərbaycanda aqrar, sənaye, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində 150-dən çox Qazaxıstan investisiyalı kommersiya qurumu fəaliyyət göstərir.


Tərəflər iqtisadi əlaqələrin inkişafı perspektivləri, ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi və nəqliyyat–tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.