İsrail ordusu Suriyanın Dəməşq və Hələb havala limanlarına zərbələr endirib.
Bu barədə SANA agentliyi məlumat yayıb.
“Bu gün səhər saatlarında İsrail Aralıq dənizi istiqamətindən və Qolan bölgəsindən Dəməşq və Hələb beynəlxalq hava limanlarına raket zərbələri ilə eyni vaxtda hava hücumu həyata keçirib. Hər iki hava limanının uçuş-enmə zolağı yararsız hala düşüb”, - məlumatda qeyd olunub.