İraqın İslami Müqavimət hərəkatına daxil olan şiə silahlı dəstələrinin döyüşçüləri səhər saatlarında Ənbar vilayətindəki ABŞ-ın “Eyn əl-Əsəd” hərbi bazasına hücum ediblər.
TASS bildirir ki, bazaya bir neçə raket atılıb.
Hücumun nəticələri barədə məlumat verilməyib.
Qeyd edək ki, oktyabrın 19 və 20-də “Eyn əl-Əsəd” bazası pilotsuz uçuş aparatlarının hücumuna da məruz qalmışdı.