Fransa prezidenti Emmanuel Makron Fələstinə gedib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Fransa Prezidentinin "X" hesabında məlumat verilib.
Makron Ramallahda Fələstin prezidenti Mahmud Abbasla görüşüb.
"Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla görüşmək üçün Ramallaha getmək mənim üçün vacib idi. HAMAS-ın terror hücumunun səbəb olduğu zorakılığın qurbanlarına başsağlığı verirəm. Bu, həm israillilər, həm də fələstinlilər üçün faciədir", - deyə Makron bildirib.
Qeyd edək bu gün Fransa dövlət başçısı İsraildə də səfərdə olub. Makron İsrail Prezidenti, Baş naziri və müxalifət liderlərlə ayrılıqda görüşlər keçirib.