Numan Kurtulmuş Milli Məclisin sədri ilə görüşüb - YENİLƏNİB

Türkiyə Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb.


Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Senzor.az-a verilən xəbərə görə, Sahibə Qafarova Numan Kurtulmuşla görüşdə bu gün bəzi təşkilatlarda Azərbaycana və Türkiyəyə qarşı reallıqdan uzaq məlumatların yayılmasını, qərəzli, birtərəfli münasibət göstərilməsini tənqid edib.


Spiker qeyd edib ki, Ermənistanın Qərbdəki havadarları Ermənistanın bu yalan iddiaları əsasında Azərbaycana qarşı ittihamlar irəli sürürlər. Onun sözlərinə görə, bir sıra beynəlxalq parlament təşkilatlarının, xarici ölkə parlamentlərinin qəbul etdikləri anti-Azərbaycan qətnamələrində bu dairələrin izləri açıq-aşkar görünür. Halbuki, onlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam etmiş işğalına, 1 milyondan artıq soydaşımızın Ermənistanın etnik təmizləmə siyasəti ilə üzləşərək, öz doğma torpaqlarından didərgin salınmasına, şəhərlərimizin, kəndlərimizin dağıdılmasına, tarixi, mədəni və dini abidələrimizin yerlə-yeksan edilməsinə bu illər ərzində bir dəfə də olsun münasibət bildirməyiblər.


Milli Məclisin sədri bu cür bədnam kampaniyalara qarşı birgə addımların atılmasını, həmçinin, beynəlxalq parlament təşkilatlarının sessiyaları öncəsində heyətlərimiz arasında müntəzəm görüşlərin, məsləhətləşmələrin daha da gücləndirilməsini, eyni zamanda dost ölkələrin heyətləri ilə də təmasların artırılmasını zəruri hesab edib.


Spiker Sahibə Qafarova parlamentlərarası əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi, beynəlxalq parlament təşkilatlarındakı nümayəndə heyətlərimiz arasında əlaqələndirmənin və qarşılıqlı dəstəyin əhəmiyyətini xüsusi vurğulayıb.


Türkiyənin hər platformada Azərbaycanın yanında olduğunu söyləyən Numan Kurtulmuş artıq keçmişdə qalmış Ermənistanla Azərbaycan arasında münaqişənin ölkəmizin iradəsi və gücü sayəsində həll olunduğunu, Azərbaycanın öz ərazi bütövlüyünü və ədaləti təmin etdiyini söyləyib.


O, ATƏT-in Minsk qrupunun uzun illər fəaliyyətsizliyini və problemin həlli üçün heç bir iş görmədiyini xatırladıb. Hazırda Azərbaycanın haqlı mübarizəsini əngəlləməyə çalışan dövlətlərin və bəzi lobbi dairələrinin olduğunu söyləyən TBMM sədri Azərbaycanın diplomatiya sahəsində də qələbə qazanacağına inamını ifadə edib.

**16:29

“Azərbaycanın sentyabr ayında keçirdiyi antiterror tədbirləri Cənubi Qafqazda gərginliyin aradan qalxması, sülhün təmin olunması baxımından əhəmiyyətlidir”.


Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş oktyabrın 26-da Ankarada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə deyib.


O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında “bir millət, iki dövlət” şüarına əsaslanan əlaqələr son illər daha da inkişaf edib: “İki dövlətin bütün sahələrdə koordinasiyalı hərəkət etməsi hər birimizin faydasınadır”.


N.Kurtulmuşun sözlərinə görə, iki dost və qardaş ölkə milli məsələlərdə yaxınlaşmalı, regional problemlərdə ortaq həllər təklif etməlidir: “Bunun başında Cənubi Qafqazda sabitliyin təmin olunması dayanır”.

**15:42

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova arasında təkbətək və geniş tərkibdə görüş olub.


Bu barədə TBMM-nin mətbuat katibliyi məlumat yayıb.


Qeyd olunub ki, görüşdə iki ölkə arasında münasibətlərin hər sahədə olduğu kimi parlament diplomatiyasında da tarixin ən yüksək səviyyədə olduğu vurğulanıb, iki ölkəni yaxından maraqlandıran regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.