İsrail Müdafiə Ordusunun quru qüvvələrinin bölmələri HƏMAS hərəkatına qarşı reyd keçirmək üçün cümə gününə keçən gecə Qəzza zolağına daxil olub.
Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Məlumata görə, reyddə İsrail ordusunun 36-cı diviziyasının piyada bölmələri, zirehli texnikası və mühəndis bölmələri iştirak edir.
Bildirilib ki, onlar bir neçə saatdır Qəzzadadırlar, HƏMAS və terrorçu hədəflərə qarşı fəaliyyət göstərirlər.
Qəzet onu da qeyd edib ki, reyd başa çatdıqdan sonra hərbi hissələrin İsrail ərazisinə qayıdacağı gözlənilir.