Ceyhun Bayramov Türkiyənin Anadolu Agentliyinə müsahibə verib - VİDEO

Oktyabrın 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin aparıcı media qurumlarından olan Anadolu Agentliyinə müsahibə verib.

 

Senzor.az bildirir ki, Anadolu Agentliyinin Türkiyə Respublikasının 100 illiyi layihəsi çərçivəsində reallaşdırılan müsahibədə nazir Ceyhun Bayramov Türkiyə Respublikasının 100-cü ildönümü ilə bağlı səmimi təbriklərini çatdırıb, qeyd olunan tarixin yalnız Türkiyə üçün deyil, bütün Türk dünyası üçün çox əhəmiyyətli bir tarix və qürur mənbəyi olduğunu söyləyib.

 

Türkiyənin bu gün müxtəlif istiqamətlərdə bütün dünyaya liderliyini nümayiş etdirən, beynəlxalq səviyyədə strateji tərəfdaşlarının sayını artıran, ölkə tarixinin bəzi mərhələlərində açıq-aşkar xarici təhdidlərlə üzləşməsinə baxmayaraq bütün bu çətinlikləri qürur duyacaq şəkildə dəf edən bir dövlət olduğunu qeyd edib. Qardaş Türkiyənin dünyanın aparıcı güc mərkəzləri tərəfindən qəbul olunan və hörmət edilən nadir ölkələrdən biri kimi bu gün beynəlxalq miqyasda uğurlu vasitəçilik siyasəti həyata keçirdiyini diqqətə çatdırıb.

 

Müsahibəsində nazir Ceyhun Bayramov son illərdə sürətlə inkişaf edən Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinə əsaslanan müttəfiqlik əlaqələri barədə fikirlərini bölüşüb. Türkiyənin ölkəmizin müstəqilliyini ilk tanıyan ölkə olduğunu məmnunluqla xatırladan nazir qardaş ölkə ilə mövcud tarixi, mədəni, milli və dini bağlılıqlardan söz açıb.

 

Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarına istinad edən nazir Ceyhun Bayramov strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərin arxasında xalqlarımızın iradəsinin, liderlərimizin qardaşlıq münasibətlərinin dayandığını, Türkiyənin siyasi və mənəvi dəstəyinin daima gücümüzə güc qatdığını xüsusilə vurğulayıb.

 

Müsahibəsində Şuşa Bəyannaməsinin əhəmiyyətinə toxunan nazir qeyd olunan sənədi iki ölkə arasında bütün istiqamətlərdə fəaliyyətin yol xəritəsi kimi xarakterizə edib, bu xüsusda reallaşdırılan mühüm nəqliyyat layihələri, mövcud əməkdaşlıq perspektivlərindən söz açıb.

 

Həmçinin müsahibəsində nazir Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasında bir-birinə qarşılıqlı dəstək məsələlərinə toxunaraq ölkələrimizin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal rolundan, üçtərəfli və dördtərəfli əməkdaşlıq platformalarında genişlənən əməkdaşlığımızdan bəhs edib.

 

Nazir Şuşa Bəyannaməsinin həyata keçirilməsi ilə mövcud imkanların daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.