İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyat uzun müddət çəkəcək və böyük səbr tələb edəcək.
Senzor.az bildirir ki, bunu İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant deyib.
“Bu müharibə qısa olmayacaq. Uzun müharibə olacaq. Bizə - hər bir insana, cəmiyyətə, rəhbərliyə səbr lazımdır, böyük emosional dözümlülük lazımdır. Və hər şeydən çox, təhlükəsizlik qüvvələrinə dözüm və möhkəmlik lazımdır", - o vurğulayıb.