Qətər HƏMAS-ın Dohadakı qərargahını bağlamayacaq

Qətər oktyabrın 7-də İsrailə hücumdan sonra Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun Dohadakı qərargahını bağlamaq niyyətində deyil. Çünki bu kommunikasiya kanalı hazırda Qəzzada saxlanılan girovların azad edilməsi üzrə danışıqlar və hərbi əməliyyatların gərginləşdirilməsinə qarşı yönəlmiş səylər üçün vacibdir.

 

CNN telekanalı xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari deyib.

 

Onun sözlərinə görə, rabitə kanalı müəyyən vaxtlarda Fələstin-İsrail arasında gərginliyin qarşısını almaqda mühüm rol oynayıb: 

“İndi bu, cari eskalasiya zamanı faydalıdır. Bu, girovların azad edilməsinə və onların ailələrinə qaytarılmasına vasitəçilik edə biləcəyimiz yeganə yoldur”.

 

Qətərli diplomat qeyd edib ki, İsrail qüvvələrinin Qəzza zolağında davam edən yerüstü əməliyyatı Dohanın Fələstin anklavında saxlanılan girovları azad etmək səylərini xeyli çətinləşdirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.