Belarus Prezidenti Aleksandr Lukaşenko türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı və Türkiyə vətəndaşlarını respublikanın 100 illiyi münasibətilə təbrik edib.
TASS-ın məlumatına görə o, Belarus-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib.
“Minsk Ankaraya etibarlı və perspektivli tərəfdaş kimi baxır. Biz bütün sahələrdə ikitərəfli əməkdaşlığın daha da dinamik və səmərəli inkişafına çalışırıq", - deyə Belarus Prezidenti vurğulayıb.
“Türk xalqı bu müddət ərzində siyasi, sosial-iqtisadi, mədəni-humanitar sahələrdə böyük uğurlar əldə edib, beynəlxalq aləmdə regional və qlobal problemlərin həllinin fəal iştirakçısı kimi güclü nüfuz qazanıb. Bu baxımdan vətəndaşlar indi ölkənin yüzillik yubileyini qürurla qeyd edirlər. Türkiyə yüz il əvvəl olduğu kimi, dünyaya ənənələrə və dəyişməz dəyərlərə sadiqliyini nümayiş etdirir və milli maraqlarını qətiyyətlə müdafiə edir”, - Belarus Prezidenti vurğulayıb.