Rusiya Federal Hava Nəqliyyatı Agentliyi: Etirazçılar Mahaçqala hava limanından çıxarılıblar - VİDEO, FOTO
YENİLƏNİB

Aksiya iştirakçıları Mahaçqala aerodromundan çıxarılıblar.

 

Senzor.az bildirir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

 

“Mahaçqala aerodromu oraya icazəsiz daxil olan şəxslərdən təmizlənib. Hava limanı noyabrın 6-sı saat 02:59-dək (ilkin olaraq) təyyarələr üçün bağlı olacaq”, - deyə məlumatda qeyd olunub. Amma...

 

Federal Hava Nəqliyyatı Agentliyinin aerodromun “azad edilməsi” ilə bağlı məlumatlarına baxmayaraq, Mahaçqala hava limanında qəzəbli izdihamla təhlükəsizlik qüvvələri arasında toqquşmalar davam edir.

 

Vəziyyətə nəzarət etmək üçün əraziyə əlavə xüsusi təyinatlılar göndərilib. Telegram kanalları vasitəsilə yayılan videogörüntülərdə nümayişçilərin polisə müxtəlif əşyalar atdığı və buna cavab olaraq təhlükəsizlik qüvvələrinin havaya xəbərdarlıq atəşi açdığı göstərilir.

 

Videolardan birində etirazçıların hava limanının uçuş-enmə zolağına keçdiyi an qeydə alınıb. Görüntülərdə yüzlərlə etirazçının təyyarələrə tərəf qaçdığı, Fələstin bayraqları dalğalandırdığı və İslami şüarlar səsləndirdiyi görünür. Bu hadisələrin fonunda, ehtimal ki, atışma səsləri eşidilir. Hakimiyyət orqanları qarşıdurma iştirakçılarını saxlamağa davam edir.


**23:43(29.10.2023)



Mahaçqala hava limanı müvəqqəti bağlanıb.

 

Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi bəyanat yayıb.

 

Agentliyinin bəyanatında deyilir ki, Mahaçqala hava limanı aerodroma icazəsiz giriş səbəbindən bağlanıb. Təyyarələr alternativ aerodromlara yönləndirilir.


**22:41



Dağıstanın paytaxtı Mahaçqalada hava limanında izdiham yaşanır.

 

Rusiya teleqram kanalları xəbər verir ki, izdihama səbəb İsraildən enməsi planlaşdırılan təyyarədir.

 

Məlumata görə, hava limanı yaxınlığında yerli sakinlərdən ibarət böyük izdiham toplaşaraq yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb ediblər. Kütlə bütün avtomobilləri saxlayaraq axtarış aparır.

 

“İnsanlar əllərində “Dağıstanda uşaq qatillərinə yer yoxdur” yazılan plakatlar tuturlar”, - deyə “Teleqram”da yayılan məlumatda bildirilir.

 

Qeyd olunur ki, hava limanına toplaşmaq üçün təxribat xarakterli çağırışlar yerli resurslar adı altında xarici ictimai səhifələr tərəfindən yayılıb.

 

Digər mənbədən verilən məlumata görə, toplaşanlar İsraildən gələn şəxsləri müəyyən etmək üçün sərnişinlərin sənədlərini yoxlayırlar. 

 

İsraildən gələn təyyarədə sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün hava limanına OMON yerləşdiriləcək.

 

Qeyd olunur ki, Kaspiysk və Mahaçqala Daxili İşlər Nazirliyinin şöbələrində gücləndirilmiş iş rejimi elan edilib.

 

Bu arada Dağıstanın milli siyasət naziri Enrik Müslümov və gənclərlə iş üzrə naziri Kamil Saidov izdihamın yaşandığı Mahaçqala hava limanına gəliblər.

 

Yerli teleqram kanalları, həmçinin xəbər verirlər ki, Rusiya Qvardiyasının əsgərləri və polis xüsusi təyinatlıları artıq hava limanına daxil olublar. Buna səbəb yüzlərlə etirazçının hava limanının binasına daxil olaraq uçuş-enmə zolağına çıxmasıdır.  Etirazçılar təyyarədəki yəhudilərin Dağıstana enməsinə imkan vermirlər və İsrail əleyhinə şüarlar səsləndirirlər.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.