İsrailin Xarici İşlər Nazirliyi (XİN) Dağıstandakı iğtişaşlarla bağlı bəyanat yayıb.
Qazeta.ru-nun məlumatına görə, bəyanatda deyilir ki, İsrail hökuməti Aparatının rəhbəri, Xarici İşlər Nazirliyi və ölkənin Milli Təhlükəsizlik Şurası Dağıstanda baş verənləri izləyirlər.
Bəyanatda vurğulanır ki, İsrail hakimiyyəti Rusiya hökuməti və hüquq-mühafizə orqanlarından harada olurlarsa olsunlar, bütün İsrail vətəndaşlarının və yəhudilərin təhlükəsizliyini təmin etmələrini və “poqromistlərə və vəhşi təhriklərə” qarşı qətiyyətli addımlar atmasını gözləyirlər.