Gürcüstan parlamenti ölkənin yeni Müdafiə Məcəlləsinə dəyişikliyi üçüncü oxunuşda qəbul edib
AZƏRTAC xəbər verir ki, yeni qanun 79 səslə qəbul edilib. Qanun layihəsində Müdafiə Məcəlləsinin keçid normasının dəyişdirilməsi nəzərdə tutulur.
Dəyişikliyə əsasən, 2024-cü il yanvarın 1-dən hərbi qeydiyyata alınma, çağırışçıların milli hərbi xidmətinin və səfərbərlik zamanı ehtiyatda olanların hərbi xidmətinin təşkili ilə bağlı məsələlər mərkəzləşdirilmiş qaydada, vahid sistemdə həyata keçiriləcək. Bunun üçün Gürcüstan Müdafiə Nazirliyi sistemində Azərbaycan Respublikasında yaradılmış publik hüquqi şəxs modelinin tətbiqi nəzərdə tutulur.
Qeyd edək ki, yeni qanun layihəsinin təşəbbüskarları parlament üzvləridir.