İrəvanda səhər saatlarından Nazirlər Kabineti binasının 3-cü korpusunun qarşısında etiraz aksiyası keçirilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, etiraza səbəb Ararat vadisində yeraltı su ehtiyatlarının həcminin azalması və onların keyfiyyətinin dəyişməsinin balıqçılıq təsərrüfatlarını təhdid etməsidir.
Bildirilib ki, noyabrın 22-də Ermənistan parlamenti belə təsərrüfatları yalnız iqtisadi dövriyyə sistemləri ilə işləməyə məcbur edən qanunun lehinə səs verib. Həmin sənədə əsasən, suyun yalnız 40 faizi təkrar istifadə oluna bilər.
Sahibkarlar bu məsələyə etiraz edirlər.