Böyük Britaniyanın dövlət naziri Bakıda bir qrup hüquq müdafiəçisi ilə görüşüb

Böyük Britaniyanın Avropa və Şimali Amerika məsələləri üzrə dövlət naziri Leo Dokerti Azərbaycana səfəri çərçivəsində noyabrın 22-də bir qrup yerli hüquq müdafiəçisi və vəkillə görüşüb.

 

Turan agentliyi bildirir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqüs Old X sosial şəbəkə hesabında yazıb.

 

Onun yazdığına görə, görüşdə insan hüquqları ilə bağlı vəziyyət, Qubad İbadoğlunun və "Abzas Media" rəhbərlərinin həbsi, həmçinin Azərbaycan üzrə 4-cü Universal Dövri İcmal   prosesi müzakirə olunub, 

 

Görüşdə hüquq müdafiəçiləri Rəsul Cəfərov, Zöhrab İsmayıl, vəkillər Bəhruz Bayramov, Zibeydə Sadıqova və Qalib Bayramov (Qubad İbadoğlunun qardaşı) iştirak ediblər.

 

Rəsul Cəfərov agentliyə bildirib ki, görüşdə insan hüquqları ilə bağlı vəziyyət müzakirə olunub

 

Vətəndaş cəmiyyətinin fəaliyyətində praktiki və qanunvericilik məhdudiyyətlərindən, "Tərtər işi"   üzrə hələ də həbsdə olanların reabilitasiyası istiqamətində atılan addımlardan, Ermənistanla sülh müqaviləsinin imzalanmasının vacibliyindən danışılıb ki, bu da gələcəkdə regionda demokratik proseslərə müsbət təsir göstərə bilər.

 

"Dövlət nazirinə insan hüquqları ilə bağlı vəziyyət barədə məlumat verilib. O, problemlərin həll olunacağına ümid etdiyini bildirib", - R.Cəfərov deyib.

 

Vəkil Bəhruz Bayramovun sözlərinə görə, insan hüquqları məsələlərilə yanaşı, qanunun aliliyinin təmin olunması ilə bağlı problemlər də müzakirə olunub.

 

"Dövlət naziri Qubad İbadoğlunun işinə xüsusi diqqət ayırıb, bunu İbadoğlunun Britaniya Universitetində dərs deməsilə izah edib”, - Bayramov vurğulayıb. 

 

Universal Dövri İcmala gəlincə, bu   Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Şurasının mexanizmidir və BMT-yə üzv olan hər dövləti hər 4-5 ildən bir öz insan hüquqlarına dair qeydlərini nəzərdən keçirməyə çağırır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.