Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi sosial media hesabında məlumat paylaşıb.
Bildirilib ki, danışıqlarda İsrailin Qəzzaya həmlələri, fələstinlilərə humanitar yardım fəaliyyətləri və bölgədə qalıcı atəşkəsə nail olmaq üçün atılacaq addımlar müzakirə edilib.
Prezident Ərdoğan söhbət zamanı “Başda Türkiyə və İran olmaqla İslam dünyasının Fələstin torpaqlarında İsrail vəhşiliyinə qarşı ortaq mövqe nümayiş etdirməsinin önəmini dilə gətirib”, – məlumatda deyilir.
Eyni zamanda, qeyd olunub ki, telefon danışığı zamanı liderlər Türkiyədə keçiriləcək Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıqlar və onun gündəliyi ətrafında da fikir mübadiləsi aparıblar.