Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfər edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, əməliyyatın Fələstinin HƏMAS hərəkatı üzərində tam qələbəyə qədər davam edəcəyini söyləyib.
“Biz burada, Qəzzada, qəhrəman döyüşçülərimizlə birlikdəyik. Qaçırılan vətəndaşlarımızı geri qaytarmaq üçün əlimizdən gələni edirik və nəticədə onların hamısını geri qaytaracağıq. Biz sona - qələbəyə qədər davam edəcəyik. Bizə heç nə mane ola bilməz və biz də edəcəyik. Əminik ki, bizim müharibənin bütün məqsədlərinə çatmaq üçün iradə və əzmimiz var və biz bunu edəcəyik”, - deyə B.Netanyahu anklavı ziyarət edərkən bəyan edib.