HƏMAS amerikalı milyarder İlon Maskı Qəzza zolağına səfər etməyə çağırıb.
Senzor.az bildirir ki, bu barədə hərəkatın rəhbərliyində təmsil olunan Usamə Həmdan məlumat yayıb.
“Biz obyektivlik və etibarlılıq standartlarına uyğun olaraq Qəzza xalqına edilənləri və dağıntıların miqyasını görmək üçün İlon Maskı Qəzza zolağına səfər etməyə çağırırıq”, - deyə U.Həmdan bildirib.
Xatırladaq ki, İlon Mask İsrailə səfər edib və Baş nazir Benyamin Netanyahu ilə birlikdə oktyabrın 7-də HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam” briqadası üzvlərinin hücumuna məruz qalan Kfar Aza qəsəbəsinə baxış keçirib.
Amerikalı milyarder İsrail Prezidenti İsxak Hersoq ilə də görüşüb.