"Türkiyə Aİ üçün çox vacib tərəfdaşdır".
Bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Coze Borrell Aİ-Türkiyə münasibətləri ilə bağlı hesabatın təqdimatı zamanı media qarşısında çıxışında deyib.
Aİ-nin Ali Nümayəndəsi bildirib ki, keçmişdə Aİ və Türkiyə münasibətlərində çətinliklər olub, "Şərqi Aralıq dənizi ilə bağlı dinamikada və bəzi Aİ ölkələri və Türkiyə arasında fikir ayrılıqları olub. Bura həmçinin Kipr məsələsi də daxildir. Ancaq bizim konstuktiv müzakirələrimiz olub. Hələ də açıq qalan məsələlər var ki, biz birlikdə həll etməliyik", - Borrell bildirib.
O deyib ki Aİ Türkiyə ilə qarşılıqlı faydalı münasibətlər inkişafında maraqlıdır. "Qeyd etdiyim kimi Türkiyə vacib tərəfdaş, qonşu və eyni zamanda unutmayın ki, Aİ üzvlüyünə namizəd statusuna malik olan ölkədir."