Avropa Liqası: “Qarabağ” Konfrans Liqasının pley-offuna vəsiqəni təmin etdi
SON ANDA

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

 

Senzor.az bildirir ki, Ağdam təmsilçisi H qrupundakı beşinci matçında Norveçdə "Molde"nin qonağı olub. 

 

"Aker" stadionunda oynanılan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

 

Hesabı 11-ci dəqiqədə Ağdam klubunun heyətində Juninyo açıb. Rəqib müdafiəçidən yayınan braziliyalı hücumçu qapıçı ilə dueldən qalib ayrılıb. İlk hissə bu hesabla yekunlaşıb. İkinci yarıya daha yaxşı başlayan norveçlilər iki top vuraraq hesabı öz xeyirlərinə dəyişiblər. Kristian Eriksen 82 və 87-ci dəqiqələrdə fərqlənib. Son nöqtəni isə 90+5-ci dəqiqədə Bəhlul Mustafazadə qoyub.

Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən “Qarabağ” ikinci pillədəki yerini qoruyub. Eyni xala malik “Molde” isə üçüncü yerdə qalıb. Ağdam təmsilçisi minimum UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib.

 

Qrupun digər oyununda Almaniyanın “Bayer” klubu səfərdə İsveç təmsilçisi “Hekken”i 2:0 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, “Qarabağ” yer aldığı H qrupunda son matçını dekabrın 14-də Bakıda İsveç klubu “Hekken”ə qarşı keçirəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.