Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində Monteneqronun xarici işlər naziri Filip İnvanoviçlə görüşüb.
Senzor.az xəbər verir ki, bu barədə Monteneqro XİN-in "X" hesabında paylaşım edilib.
Bildirilib ki, görüş çərçivəsində ölkələr arasında siyasi dialoqun daha da gücləndirilməsi, həmçinin enerji, turizm, investisiyalar və təhsil kimi əsas sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.