Dubayda azad edilmiş ərazilərdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə olunub

BƏƏ-nin Dubay şəhərində Azərbaycanın azad edilmiş ərazilərində ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi müzakirə olunub.

Senzor.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

"Prezident cənab İlham Əliyevin iştirakı ilə Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) G77+ Çin liderlərinin Zirvə görüşündə iştirak etdik.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə birlikdə ölkəmizin qlobal iqlim dəyişikliyi hədəfləri barədə danışdıq. Azərbaycanın inklüziv inkişafı, yaşıl enerji ölkəsinə transformasiyası, işğaldan azad edilmiş ərazilərimizdə ekoloji mühiti dəstəkləyən investisiyaların təşviqi və minatəmizləmə təşəbbüslərimizlə bağlı məlumat verdik", - paylaşımda deyilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.